Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Merçendayzer (MyGrocery MMC)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət MY GROUP HOLDİNG MMC
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifələr və məsuliyyətlər:


Məhsulları müəyyən olunmuş düzülüş standartlarına uyğun olaraq satış nöqtələrində vitrin, rəf və digər sərgilənmə sahələrində yerləşdirmək;
Təyin olunmuş iş günləri və iş saatlarında təhkim olunmuş mağazalarda fəaliyyət göstərmək;
Şirkət məhsullarını mağazaya uyğun kateqoriyalar üzrə təmin etmək və təmsil etmək;
Məhsulların vitrin düzülüşünə, istifadə müddətinə və tövsiyə olunan satış qiymətlərinə nəzarət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq düzəlişlər aparmaq;
Müəyyən dövrlərdə keçirilən aksiyalar və kampaniyalar barədə müştəriləri mütəmadi olaraq məlumatlandırmaq;
Müştəri ilə şirkət arasında borc hesabları üzrə yaranan fərqlərin araşdırılmasında yaxından iştirak etmək və müştəriyə müvafiq açıqlamalar vermək;
Mağaza daxilində hər hansı dəyişiklik və ya problem yarandıqda bu barədə dərhal hesabat verdiyi instansiyaya məlumat vermək;
Şirkət ilə müştəri arasında bağlanılmış müqavilə şərtlərinə əməl olunmasını təmin etmək;
Müqavilə şərtlərinə müştəri tərəfindən əməl edilmədikdə bu barədə dərhal rəhbərliyə məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.


Tələb edilən bacarıqlar və təhsil:


Orta ixtisas və ya ali təhsil (satış, marketinq, biznesin idarə edilməsi və ya oxşar sahələr üzrə təhsil üstünlükdür);
Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;
Ofis proqramlarından (MS Excel, Word və s.) istifadə bacarığı;
Satış nöqtələrində məhsulların sərgilənmə texnikaları üzrə biliklər;
Effektiv ünsiyyət və danışıqlar aparma bacarığı;
Dəyişkən iş mühitinə adaptasiya qabiliyyəti;
Daxili nizam-intizam qaydalarına əməl etmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və təşəbbüskarlıq.


İş şəraiti:


Əmək haqqı: 800 AZN
İş qrafiki: I–V günlər (09:00–18:00); istirahət günləri: şənbə və bazar
İş yeri: H. Əliyev pr. 152, Çinar Plaza


Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Merçendayzer” qeyd etməklə göndərə bilərlər.
  • Elan nömrəsi: 2187484
  • Baxış sayı: 39
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət