Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Təchizat üzrə koordinator

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Paulaner Brauhaus Baku
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Əmək funksiyası:


Paulaner Baku Restoranın ehtiyaclarını araşdırmaq və sifarişləri müəyyənləşdirmək;
Paulaner Baku Restoranın vaxtlı-vaxtında lazım olan geniş çeşidli məhsullarla təmin etmək;
Bazarı araşdırmaq, məhsul və qiymətlər barədə informasiyalar əldə etmə;
Müxtəlif şirkətlərlə əlaqələr qurmaq, bu şirkətlərlə müqavilələr bağlamaq;
Təkliflər ilə bağlı şirkətlərlə görüşlər təşkil etmək;
Təchiz olunacaq məhsulların qiymət və keyfiyyətinə nəzarət etmək;
Müxtəlif sənədlər, müqavilələr, çeklər, fakturalar və s. ilə işləmək;
Maliyyə və anbar şöbələri ilə paralel işi təşkil etmək;
Təchizat proqramı vasitəsilə bütün təchizat proseslərinə nəzarət, sifarişlərin qəbulu və hesabatların verilməsi;
Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Təhvil-təslim aktlarının maliyyə şöbəsinə təqdim edilməsi
Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək
Tenderlərin təşkili
Sifariş formalaşdırma, 1C və ya İscala proqramında PO yaratmaq
Zəruri hallarda – yüklərin/malların sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması), xarab olması hallarında yük/mal nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək
Anbardara sənədləşmə və məhsul qəbulu məsələlərində daimi yardım etmək
Anbardar məzuniyyətdə olduğu halda məhsul qəbulunu həyata keçirmək
Mövsumi açılacaq ticari obyektin sifarişlərini formalaşdırıb, məhsul qəbulunu həyata keçirmək.


Tələblər:


Ali təhsil;
Qonaqpərvərlik sahəsində tələb olunan malların yerli və xarici bazarda araşdırılması;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi, restoran və ya otel sahəsində təcrübə üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – orta;
Kompüter bilikləri: Micros, 1C, MS Ofis Proqramları, xüsusi ilə MS Excel üzrə biliklər;
İşlərin planlaşdırılması və analizi;
Analitik düşüncə qabilyyəti;
Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarıqları;


Vəzifə üzrə təminatlar:


Dünyanın məşhur alman brendində iş imkanı;
“TABİA qrup” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Gündəlik qidalanma.


Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.
  • Elan nömrəsi: 6568911
  • Baxış sayı: 23
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət