Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

İcraçı Direktor (Executive Director)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət ITS Tour
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
ITS Tour komandası üçün turizm sektorunu dərindən bilən, strateji düşüncəyə malik və komandanı effektiv idarə edə bilən İcraçı Direktor axtarırıq. Bu vəzifə şirkətin gündəlik əməliyyatlarına rəhbərlik etməklə yanaşı, satışın inkişafı, korporativ əlaqələr və rəqəmsal proseslərin koordinasiyasında əsas rol oynayacaq.

İş şəraiti


Şirkət: ITS Tour (IATA sertifikatlı turizm şirkəti)
Yer: Bakı
İş qrafiki: Tam ştat


Əsas vəzifə öhdəlikləri


Şirkətin gündəlik fəaliyyətinə operativ və strateji rəhbərlik etmək
Satış, əməliyyat və müştəri xidmətləri komandalarının idarə olunması
Korporativ müştərilərlə yüksək səviyyəli danışıqların aparılması
Komanda performansının artırılması və daxili proseslərin optimallaşdırılması
ITS Tour-un yeni veb-saytı və rəqəmsal layihələri üzrə IT komandası ilə mütəmadi koordinasiya
Rəhbərliyə dövri hesabatların təqdim edilməsi


Namizədə tələblər


Turizm sektorunda minimum 3–4 il real iş təcrübəsi
Ali təhsil (turizm, biznes, idarəetmə və ya əlaqəli sahələr üstünlükdür)
Güclü korporativ ünsiyyət və danışıqlar bacarığı
Komanda idarəçiliyi və liderlik təcrübəsi
Rəqəmsal alətlər (veb-sayt, CRM, daxili sistemlər) üzrə anlayışlı olmaq və IT komandası ilə effektiv koordinasiya bacarığı
Analitik düşüncə, məsuliyyət və qərarvermə qabiliyyəti


Təklif edirik


IATA sertifikatlı, aktiv və böyüyən turizm şirkətində rəhbər mövqe
Qərarvermə və inkişaf proseslərində real təsir imkanı
Rəqabətədavamlı əmək haqqı və nəticəyə bağlı bonus sistemi
Peşəkar və dinamik iş mühiti


Namizədlər CV-lərini mövzu hissəsində “İcraçı Direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 6939249
  • Baxış sayı: 24
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şərhlər
Şərh yoxdur.
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət