Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

Mağaza Müdiri

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət AGRO-VEST RETAIL
  • Vakansiyalar Mağaza müdiri
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;
Mağazanın və anbarın təmiz və səliqəli saxlanılmasını, hər gün satışdan əvvəl malların tam yoxlanışının (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirilməsini təmin etməlidir;
Mağazada soyuducunun, tərəzinin və s. avadanlıqların işlək vəziyyətdə olmasını təmin etməlidir;
Malların vitrin və ya rəflərdə səliqəli düzülməsini, əlavə vasitə və avadanlıqların yerində olmasını, vitrində boşluqların olmaması təmin etməlidir:
Marketlərdə keçirilən inventarizasiyada iştirak etməlidir, ona təhkim olunan inventarlara cavabdehdir;
Mağazanın anbarındakı malların tamlığını, doğru şərait və şərtlərlə saxlanılmasını, itmə, oğurlanma və zədələnmə hallarının olmamasını təmin etməlidir;
Qaytarmalara, onların firmalara vaxtında təhvil verilməsinə nəzarət etməlidir.
Mağazaya aid sənədlərin yığılıb mühafizə edilməsi, mərkəzə çatacaq qaimə və fakturaların əksiksiz olması və vaxtında göndərilməsini təmin etməlidir.
İş zamanı mağaza müdiri üçün təyin edilmiş korporativ geyimdə olmalı, xarici görünüşünə şəxsi gigiyenasına fikir verməli və iş saatlarında ona verilən yaxa kartını daim üzərində saxlamalıdır.


İş şərtləri:


Stabil iş
Icbari sığorta
Əmək haqqı: 1500-2000 azn
Nahar şirkət tərəfindən təmin edilir
İş vaxtı: 9.00 – 18.00
İstirahət günləri: Həftə ərzində 1 dəfə.


Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
  • Elan nömrəsi: 9283527
  • Baxış sayı: 64
  • Yenilənmə tarixi: 1 ay əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət