Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Mühasib

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət LPP Azerbaijan
  • Maliyyə vakansiyalar Mühasib
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Mühasibat uçotu üçün zəruri məlumatların toplanması məqsədilə şirkətin müxtəlif struktur bölmələri (mağazalar, idxal, HR və s.) ilə əməkdaşlıq edilməsi və müvafiq məlumatların hazırlanması;
Təchizatçılardan daxil olan invoysların və xərclərə dair məlumatların toplanması, xərclərin mağazalar və departamentlər üzrə bölüşdürülməsi üçün məlumatların hazırlanması;
Satış sistemindən satış məlumatlarının çıxarılması və mühasibatlıq üçün müvafiq hesabatların hazırlanması;
Kassa aparatlarının Z-hesabatlarının satış sistemi məlumatları və bank daxilolmaları ilə uzlaşdırılmasına dəstək göstərilməsi;
İdxal departamenti ilə əməkdaşlıq edərək idxal olunan mallar və gömrük bəyannamələri üzrə məlumatların toplanması;
İcarə müqavilələri üzrə ödənişlər və xərclər haqqında icmal cədvəllərin hazırlanması;
Obyekt kodlarının alınması məqsədilə icarə müqavilələrinin uyğunluğunun yoxlanılması;
İcarədarlar tərəfindən təqdim olunan xərclərin (icarə haqqı, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər) izlənilməsi və nəzarəti;
Mağaza menecerləri tərəfindən təqdim olunan həftəlik iş vaxtı cədvəllərinin (timesheet) toplanması və düzgünlüyünə nəzarət edilməsi;
İşçilərin məzuniyyət, xəstəlik və digər səbəblərlə işdə olmaması barədə məlumatların toplanması və mühasibatlığa təqdim edilməsi;
POS-terminal vasitəsilə ödəniş edilmiş və sonradan qaytarılmış mallar və ya artıq ödəniş halları üzrə müştərilərə vəsaitlərin geri qaytarılması prosesinin izlənilməsi;
QR kodların işləmədiyi hallarda ƏDV geri al çekləri üzrə follow-up aparılması;
İşçilər üçün yeni əməkhaqqı bank kartlarının sifarişi ilə bağlı müraciətlərin hazırlanması;
Ezamiyyə və digər xərclər üzrə təhtəlhesab hesabatlarının və müvafiq təsdiqedici sənədlərin (çeklərin) toplanması;
Mağazalarda malların silinməsi üçün sənədlərin hazırlanması, silinmə aktlarının tərtibində iştirak və silinmə prosesinə nəzarətdə iştirak;
Mühasibat sənədlərinin skan edilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi;
Mühasibatlıq şöbəsi tərəfindən verilən digər tapşırıqların icrası


Tələblər:


İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil;
Mühasibatlıq, maliyyə sahəsində3 ildən az olmayan I təcrübəsi
MS Office proqramları ilə (xüsusilə MS Excel) işləmək üzrə bilikləri;
Məlumatların toplanması üçün şirkətin müxtəlif struktur bölmələri ilə əməkdaşlıq bacarığı;
Dil bilikləri: Azərbaycan dili — əla, ingilis dili — orta səviyyə (Intermediate);


Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 9889561
  • Baxış sayı: 5
  • Yenilənmə tarixi: 7 saat əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Diqqət