Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Uğurlu giriş

Hesabınıza daxil oldunuz.

Mühasib köməkçisi

Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət Sanidez
  • Maliyyə vakansiyalar Mühasib
premium
Elanı Premium et 1 gün - 1₼
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək;
Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması;
Bank hesabları, kassa, əmək haqqı, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq;
Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən:
 Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması;
 Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu;
 Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi;
Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri)


Tələblər:


Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (mütləqdir)
İngilis dilini bilmək üstünlükdür.
1C mühasibat proqramı və MS Excel proqramlarında yüksək səviyyəli biliklər;
Bank əməliyyatları, ödəniş tapşırıqları və e-qaimə sistemi üzrə praktiki təcrübə;
Maliyyə hesabatlarının (P&L, Balance, Cash Flow) hazırlanması üzrə təcrübə;
Vergi Məcəlləsi, ƏDV və mənfəət vergisi hesabatları üzrə biliklər;
Analitik düşüncə tərzi, məsuliyyətlilik və diqqətlilik;
Komanda ilə işləmək və vaxtı effektiv idarəetmə bacarığı.


İş şəraiti


İş qrafiki: 5 gün 09:00-18:00
Əmək haqqı müsahibə əsasında təyin ediləcək (800 - 1200 manat )
İş ünvanı: Sabit Rəhmanov 35A


Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 8105734
  • Baxış sayı: 90
  • Yenilənmə tarixi: 21 gün əvvəl
Şərhlər
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Seçilən elan ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət