Mühasib (ödənişlər üzrə)
Məhsulun ümumi təsviri
- Şəhər Bakı
- Şirkət “PJA” MMC
- Maliyyə vakansiyalar Mühasib
Məhsul haqqında
Vəzifənin əsas məqsədi
Şirkətin gündəlik ödəniş əməliyyatlarının düzgün, vaxtında və daxili maliyyə intizamına uyğun şəkildə icrasını təmin etmək, bank əməliyyatları, hesablaşmalar və əlaqəli sənədləşmə proseslərini nəzarətdə saxlamaq.
Əsas vəzifə öhdəlikləri
1C proqramında ödəniş tələbnamələrinin yaradılmasını, düzgün rəsmiləşdirilməsini və təsdiq marşrutu üzrə yönləndirilməsini təmin etmək.
Təsdiqlənmiş ödəniş tələbnamələrini gündəlik izləmək, ödəniş prioritetlərinə uyğun icrasını təmin etmək.
İnternet-bankçılıq sistemi və depozit hesabları vasitəsilə ödəniş əməliyyatlarını həyata keçirmək.
İcra olunmuş ödənişləri 1C proqramında düzgün və vaxtında əks etdirmək, bütün əsaslandırıcı sənədlərin uyğunluğunu yoxlamaq.
E-qaimə, hesab-faktura və əlaqəli sənədlər üzrə əməliyyatların 1C sistemində işlənməsini və nəzarətini həyata keçirmək.
Banklarla xarici valyuta alqı-satqısı əməliyyatlarını icra etmək, müvafiq sənədləşmə və uçot prosesini aparmaq.
Nəğdsiz hesablaşmaların gündəlik monitorinqini aparmaq, ödənişlərin plan, öhdəlik və prioritet ardıcıllığı ilə icrasını təmin etmək.
Malsatanlar, podratçılar, icarədarlar və digər kreditorlarla hesablaşmalara nəzarət etmək, borc intizamını izləmək.
Material, kommunal və digər xidmətlər üzrə ödəniş sənədlərinin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək.
Bank əməliyyatları, xərclər, hesablaşmalar və kreditor borclar üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Bank, vergi, gömrük və digər aidiyyəti qurumlarla rəsmi yazışmaları və operativ koordinasiyanı həyata keçirmək.
Maliyyə meneceri və ya baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında icra etmək.
Kommersiya sirrini, maliyyə məlumatlarının məxfiliyini və daxili intizam qaydalarını qorumaq.
Namizədə tələblər
Təhsil: Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsil.
İş təcrübəsi:
Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
ödənişlər, bank əməliyyatları və hesablaşmalar üzrə praktiki təcrübə üstünlük hesab olunur.
Proqram bilikləri:
1C 8.3 — mütləq
İnternet-bankçılıq sistemləri ilə işləmə bacarığı — mütləq
MS Excel — yaxşı səviyyədə
Pivot cədvəllər, filtrlər, uzlaşdırma və hesabatların hazırlanması bacarığı — üstünlükdür
Peşəkar biliklər:
Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə əsas biliklər
Ödəniş sənədlərinin rəsmiləşdirilməsi qaydaları
Bank əməliyyatları və hesablaşma intizamı üzrə anlayış
Şəxsi keyfiyyətlər:
Diqqətlilik və dəqiqlik
Məsuliyyətlilik və operativlik
Vaxtın düzgün idarə olunması
Məxfilik prinsiplərinə riayət
Komanda ilə işləmə və işgüzar ünsiyyət bacarığı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühasib” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.

- Elan nömrəsi: 4688502
- Baxış sayı: 68
- Yenilənmə tarixi: 20 gün əvvəl
Şərhlər
Bənzər elanlar
Müsahibəyə əsasən
Mühasib
Bakı, 30-03-2026
Müsahibəyə əsasən
Baş mühasib
Bakı, 30-03-2026
600₼
Mühasib
Bakı, 26-03-2026
Müsahibəyə əsasən
Mühasib
Bakı, 19-03-2026
1800₼
Böyük mühasib (kommunal üzrə)
Bakı, 19-03-2026
Müsahibəyə əsasən
Uçot əməliyyatları üzrə mühasib
Bakı, 18-03-2026
Müsahibəyə əsasən
Əmək haqqı mühasibi
Bakı, 18-03-2026
Müsahibəyə əsasən
Gömrük rüsumlarının uçotu üzrə kiçik mühasib
Bakı, 18-03-2026
Müsahibəyə əsasən
Xəzinədar ( Gəncə , Bərdə və Masazır )
Bakı, 18-03-2026
Müsahibəyə əsasən
Главный бухгалтер
Bakı, 17-03-2026