Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

İnsan Resursları üzrə mütəxəssis (işə qəbul üzrə)

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Namizədə Tələblər:


Ali təhsil (biznes idarəedilməsi, İR və ya müvafiq sahədə);
İşə qəbul və sənədləşmə üzrə 3 ildən artıq təcrübə;
İRİ, Əmək məcəlləsi, səriştə əsaslı müsahibə və işə qəbul üzrə sertifikatlar üstünlükdür;
MS office proqramlarını yüksək səviyyədə bilməli;
1C 8.3 (ERP) proqramını bilmək üstünlükdür;
Azərbaycan dili əla, İngilis dili və Rus dili üstünlükdür;
İstehsalat sahəsində təcrübə arzuolunandır;
Əmək qanunvericiliyi biliyi;
Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
Əla təşkilatçılıq və vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), təyin olunmuş vaxt çərçivəsində tapşırıqların yerinə yetirilməsi, son tarixlərə cavab vermək qabiliyyəti;
Detallara diqqət, güclü problem həll etmə qabiliyyətləri;
Komanda da işləmək qabiliyyətləri.


Vəzifə üzrə öhdəliklər:


İşə qəbul prosesini idarə etmək-iş elanlarının təqdim edilməsi, namizədlərin müəyyənləşdirilməsi, müsahibələrin aparılması, təhlükəsizlik yoxlamalarının izlənməsi, müsahibə formalarının doldurulması, potensial kadrların məlumat bazasının idarə edilməsi və işə qəbul olan yeni işçilərin sənədlərinin toplanması;
Vəzifə təlimatların yoxlanılması və aidiyyatı şəxslər tərəfdən imzalanmasına cavabdeh olması;
İşçilərin sınaq müddətinin nəzarətinin aparılması və Birbaşa Rəhbər tərəfindən sınaq müddətinin qiymətləndirilməsi formalarının vaxtında doldurulmasına cavabdehlik daşıması;
Yeni işçilər üçün işə giriş (onboarding) təlimatının aparılması və işə giriş prosesinin koordinasiya edilməsi (inzibati, SƏTƏM, İT və s.);
Satış təmsilçiləri üçün təlimlərin keçirilməsi;
İş yerinin və işçilərin attestasiyasında iştirak etmək;
Peşəkar inkişaf proqramlarının və müxtəlif təcrübə proqramlarının vaxtında idarə olunmasının təmin edilməsi;
Əmək yarmarkalarında iştirak edilməsi, universitetlər, peşə məktəbləri və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması;
İşdən çıxış müsahibələri aparılması;
Əmək məcəlləsinin tələblərinə, daxili siyasət və prosedurlara uyğun olaraq, tələb olunan bütün sənədlərin müvafiq qaydada toplanmasını və sənədləşdirilməsini təmin edilməsi, İR sənədləri və qeydlərinin dövri yoxlamalarının (rüblük) həyata keçirilməsi;
Bütün İR üzrə sənədlərin məxfiliyinin qorunması;
İR məlumat bazalarından (İR əsas (master) faylı və digər İR izləmə sistemləri) istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;
İşçilərin suallarının cavablandıraraq müştəri xidməti funksiyalarının yerinə yetirilməsi;
İR hesabatlarının hazırlanılması və təqdim edilməsi;
Təyin edilmiş digər vəzifələrin yerinə yetirilməsi.


İş şəraiti:


Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Bakı şəhəri, regionlara işgüzar səfərlər
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır


Vakansiyaya müraciət üçün CV-ləri “İnsan Resursları üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
  • Elan nömrəsi: 9041715
  • Baxış sayı: 34
  • Yenilənmə tarixi: 3 həftə əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət