Mobil nömrənizi daxil edin
OTP kodu daxil edin
Xoş gəldiniz

Hesaba uğurla daxil oldunuz.

İnsan resursları üzrə aparıcı mütəxəssis

premium
Elanını Premium et 1 gün - 1₼
Məhsulun ümumi təsviri
  • Şəhər Bakı
  • Şirkət AzInTelecom
  • Çatdırılma Xeyr
  • Kredit Xeyr
  • Barter Xeyr
Məhsul haqqında
Vəzifə öhdəlikləri:


AR Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, məzuniyyət, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatları vaxtında yerinə yetirmək;
Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
Əmək haqqı hesablanması zamanı lazım olduğu halda əmək haqqı hesablanması ilə bağlı yan proseslərin icrasında şöbədaxili həmkarlara dəstək göstərmək, əməkdaşlardan gələn sorğuları cavablandırmaq;
Əmək haqqı üzrə daxili hesabatların hazırlanmasında dəstək göstərmək;
İR məlumat bazalarından istifadə edilməsi və işçi məlumatlarının nəzərdən keçirilməsi, daxil edilməsi, yenilənməsi və izlənilməsi;
İR dataların, göstəricilərin və statistikanın toplanması, qruplaşdırılması və təhlil edilməsi;
Nəticələri İR komandasına və rəhbərliyə çatdırmaq üçün tablolar, hesabatlar və təqdimatların hazırlanması;
İR əməliyyatı proseslərinin, prosedur, təlimat və qaydaların hazırlanması, optimallaşdırılması və avtomatlaşdırılması;
İnsan resurslarının digər strateji layihələrində iştirak etmək.


Tələb olunan bilik və bacarıqlar:


Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsilinin olması)
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı
ƏMAS platformasında sərbəst işləmək bacarığı
İSB portalında, və Məşğulluq dövlət orqanları ilə işləməyi və əməliyyatların aparılmasını bilməli
MS Office proqramlarında sərbəst istifadə bacarığı, SAP (üstünlükdür)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
İR data analitikası sahəsi üzrə minimum 1 il iş təcrübəsi
Datanı toplamaq, qruplaşdırmaq və təhlil etmək kimi bacarıqları özündə birləşdirən analitik düşüncə
Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı
Azərbaycan dili mükəmməl; ingilis və rus dilləri üstünlükdür.


Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.
  • Elan nömrəsi: 8548069
  • Baxış sayı: 3
  • Yenilənmə tarixi: 22 saat əvvəl
Şikayət et
Şikayətin səbəbini seçin
Dələduz
Artıq satılıb
Kontaktlar yanlış göstərilib
Şübhəli iş elanı
0 /100
Şikayətiniz baxışa göndərildi

Şikayətiniz moderatorlar tərəfindən baxıldıqdan sonra elanın saytın İstifadəçi şərtləri və Qaydalarını pozduğu halda saytdan silinəcəkdir.

Elanı Premium edin

Elanınız ana səhifədəki və axtarış nəticələrindəki Premium bölməsində təsadüfi qaydada göstəriləcək.

Xidmətin müddətini seçin
Ödəniş üsulunu seçin

Ödəniş etməklə İstifadəçi şərtləriQaydalar ilə razılaşırsınız

Diqqət